
Preparat Haqqında Məlumat
Əsas Xüsusiyyətlər
Tərkibi: 1 kapsul
Pankreatin: 150 mq
Pektin: 100 mq
Maqnezium qlukonat: 50 mq
Papain: 25 mq
Pepsin: 25 mq
Bromelain: 10 mq
Inulin: 5 mq
Lipaza: 18 mq
Amilaza: 7.5 mq
Proteaza: 1.55 mq
Daha Ətraflı
GÖSTƏRİŞLƏRİ:
- Xroniki pankreatit
- Həzm pozğunluğu və meteorizim
- Qeyri-infeksion mənşəli diareya
- Sistit, Uretrit, Pieolenfrit
- Mastopatiya, Fibroz, Kistoz
- Dermatit, akne, iltihabı dəri xəstəlikləri
- Cərrahi əməliyyatlardan sonra spaykaların əridilməsi məqsədlilə
- Onkoloji xəstəliklərdə kimya terapiyası zamanı
- Trombofilebit zamanı istifadə olunan vasitələr
- Metabolik zamanı istifadə olunan vasitələr
ENZICON PLUS - Heyvan və bitki mənşəli fermentlərdən ibarət kombinə olunmuş preparatdır. Mədəaltı vəzin fermentlərinin çatışmazlığını aradan qaldırmaqla,proteolitik,amilolitik və lipolitik təsirlər göstərir. Tərkibindəki iribuynuzlu heyvanların mədəaltı vəzisindən alınmış pankreatik fermentlər həzm və MBT-nin işini yaxşılaşdırır.
Pankreatin karbohidratların, zülalların və yağların həzmində iştirak edən amilaza, lipaz və protiaz kimi fermentlərdən ibarət həzm maddəsidir. Pankreatinin əsas vəzifəsi pankreas fermentlərinin çatışmazlığını kompensasiya etməkdir. Yaşla əlaqədar orqanizmdə pankreatin və digər fermentlərin istehsalı azalır ona görə də vaxtaşırı profilaktik olaraq pankreatin qəbul etmək faydalıdır.
Pektin sağlamlıq üçün bir çox faydası olan bitkilərdən alınan bir lifdir. Bağırsaq problemlərinin siptomlarını aradan qaldırır. Bağırsaq divarlarını təmizləyir və bağırsaqdakı qısa zəncirli yağ turşularının sintezini artırır. Bu yağ turşuları bağırsaqların düzgün işləməsini təmin edir. Bu maddə lipid mübadiləsini tənzimləyir. Belə ki, qaraciyər tərəfindən ifraz olunan mayeni bağırsaq səviyyəsində özünə çəkər. Bu da ASL-in ortadan qaldırılmasına səbəb olur.
Maqnezium Qlükonat bir çox cəhətdən orqanizm üçün bir mineraldır. Bağırsağın normal işini təmin edir, qəbizliyi aradan qaldırır. Qlükonat orması asanlıqla sorulur.
Papain bitki mənşəli proteolitik fermentdir. Həm turş, həm də neytral və qələvi mühitdə də zülalları parçalayır. Buna görədə hiperasid və hipoasid vəziyyətlərdə effektiv təsir göstərir.
Pepsin zülalların aminturşulara çevrilməsində iştirak edən fermentdir. Pepsin hidrolizdən əvvəl zülalların dezaqreqasiyasını təmin edir və onu asanlaşdırır.Katalizator kimi proteaz və peptidaz təsirlərə malikdir.
Bromelain Ananas meyvəsindən alınan proteolitik fermentdir. Əsas təsiri zülalları parçalayır və sorulmasına kömək edir, digər fermentlərin sintezini artırır və həzm prosesini yaxşılaşdırır.
İnulin bitkilərdən alınan probiotik bir lifdir. Bağırsaqdakı faydalı bakteriyaları qidalandırır. Bağırsaq bakteriyaları inulini yoğun bağırsaq hüceyrələrini qidalandıran və bir çox faydası olan qısa zəncirli yağ turşularına çevirir.
Lipaza, qidada olan yağ molekullarını hidroliz edirək, triqliseridlərə-qliserinə və yağ turşularına parçalamaqla, yağların həzm prosesində vacib rol oynayır,energetic mübadilədə, yarım doymamış yağ turşularının və həmçinin yağda həll olan A, D, E, K vitaminlərinin mənimsənilməsində iştirak edir.
Amilaza qidadakı mürəkkəb karbohidratları, nişastanı sadə karbohidratlara-oliqosaxaridlərə (dekstrinlərə və monosaxaridlərə) qədər parçalayan həzm fermentlərinə aiddir.
Proteaza zülalların aminturşulara qədər parçalanmasını təmin edir.
DOZALANMA
12 yaşdan yuxarı uşaqlar və böyüklərə 1 kapsuldan gün ərzində 1-2 dəfə təyin olunur.
Əks göstərişlər:
Preparatın hər hansı komponentlərinə qarşı fərdi həssaslıq.
Hamiləlik və laktasiya dövründə: Həkim məsləhəti ilə qəbul oluna bilər.
Buraxılış forması: Enzicon Plus N30 kapsul.
Yararlılıq müddəti: 3 il.
İstehsalçı ölkə: ENSA İLAÇ, TÜRKİYƏ