Flenga Plus Temp Pharma Flenga Plus Tablet Flenga Tablet

Preparat Haqqında Məlumat

Əsas Xüsusiyyətlər

Tərkibi: 1 kapsul
Serratiopeptidaza: 80 mq
Nattokinaza: 50 mq
Essensial fosfolipidlər: 50 mq

Daha Ətraflı

FLENGA PLUS Serratiopeptidaza və Nattokinazadan ibarətdir. FLENGA PLUS yüksək fibrinolitik xüsusiyyətinə görə iltihabi prossesin sovrulmasına xidmət edir. Xüsusi olaraq hazırlanmış liposomal quruluş fermentlərin maksimal miqdarda biomənimsənilməsini təmin edir. FLENGA PLUS ağciyərlərdə gedən iltihabi prossesin patogenizinə əhəmiyyətli dərəcədə təsir etdiyindən onu enzimoterapiya üçün universal vasitə hesab etmək olar.

Serratiopeptidaza - bağırsağın qeyri-patogen mikroflorasına daxil olan serratia E 15 bakteriyasının ifraz etdiyi proteolitik aktivliyə malik fermentdir. Preparat fibrinolitik, iltihab əleyhinə və ödəməleyhinə təsirə malikdir. Serratiopeptidaza orqanizmdə qanın a-2 makroqlobinlə birləşir. Bu komponentin antigenliyini azaldır, proteolitik aktivliyini isə zəiflətmir. Həmçinin ağrı mediatorunun parçalayaraq ağrıkəsici təsir göstərir. Serratiopeptidaza antibakterial preparatların və QSİƏP təsirini gücləndirir. Bəlğəmi parçalayır, ifrazatın qatılığını azaldaraq öskürəyi asanlaşdırır.

Nattokinaza - Fibrinolitik təsiri nəticəsində qan laxtalarını litolizə uğradır, aterosklerozun qarşısını almağa kömək edir, arterial təzyiqi normallaşdırır, qanın reoloji xüsusiyyətlərini normallaşdırmaqla ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.

Serratiopeptidaza ilə nattokinazanın kombinasiyası güclü sinergetik təsirə malikdir. FLENGA PLUS iltihabi sitokinlərin miqdarın azaldır, həmçinin iltihab əleyhinə olan sitokinlərin miqdarını artırır, şiş əleyhinə imuniteti stimulyasiya edir, immunqlobinlərin və antitellərin aktivliyini fəallaşdırır. İltihab ocağından antibiotiklərin konsentrasiyasını və bununla da müalicənin ümumi effektivliyini artırır.

GÖSTƏRİŞLƏRİ:
-Diabetik angiopatiya, diabetik retinopatiya, autoimmum tireodit, qalxanvari vəzin kistaları
-Yuxarı və aşağı tənəffüs yollarının iltihabı xəstəlikləri, kəskin və xroniki bronxit, plevrit, pnevmoniya
-Kiçik çanaq orqanlarının iltihab xəstəlikləri, oofarit, salpingit, mastit, kistoz, fibroz-kistoz mastopatiyalar, yumurtalıq kistaları
-Əməliyyatdan sonrakı ağırlaşmalar (iltihab, ödəm) bitişmələr
-Sınıqlar, travmalar, hematoma, əzilmə, dartılma, yumşaq toxumaların iltihabı
-Tromboflebit, vaskulit, dərin venaların trombozu, posttrombotik sindrom
-Sistit, uretrit, prostatit, cinsi yolla yoluxan infeksiyalar
-Piolonefrit, qlomerulonefrit
-Atopik dermatit, dermatozlar
-Revmatoid artrit, ankilozǝedici spondilit
-Nevrit, radikulit
-Miokart infaktından sonrakı vəziyyət, Ü.İ.X

Farmokokinetikası: Preparat dəyişilmiş şəkildə bağırsağa keçir və bağırsaqlarda absorbsiya olunur. Biomənimsənilməsi 75- 85%-ə kimi. T 1/2-1-2 saat.
Əks göstəricilər: Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq

İstifadə qaydası: 1-kapsul gündə 1-2 dəfə.

Buraxılış forması: FLENGA PLUS 30 kapsul

İstehsalçı: Türkiyə ENSA GIDA Takviyeleri üretim ve Araştırma Merkezi