
Preparat Haqqında Məlumat
Əsas Xüsusiyyətlər
Tərkibi: 1 tablet
Dəmir fumarat - 125 mq
Fol turşusu - 30 mkq
Vitamin B12 (Siyanokobalamin) - 3 mkq
Vitamin C (Askorbin turşusu) - 80 mq
Köməkçi maddələr: Maltodekstrin, Trikalsium fosfat,Yağ turşularının maqnezium
duzları
Daha Ətraflı
Dəmir fumara - Orqanizimdə biokatalizator funksiyası daşıyaraq Hb və digər fermentlərin əsas hissəsini təşkil edir. Hb və digər qlobulin fermentlərinin sintezi üçün vacib olan Fe defisitini aradan qaldırmağa və eritropoezi stimulə etməyə köməklik edir. Tərkibindəki Fe fumarat dəmirin qandaki miqdarını bərpa etməyə köməklik edir. Qan zərdabında Fe transferrinnlə birləşərək Hb-in, mioqlobinin, sitoxromoksidazanın, katalazanın və peroksidazanın əmələ gəlməsində iştirak edir və orqanizmin depo orqanlarında toplanır.
Fol turşusu - təbii vasitədir. Qan hüceyrələrinin yaranması prosesində köməklik edir. Folat brokoli, digər yaşıl tərəvəzlər və limon qabığından alınır. Folat hamilə qadının və dölün sağlamlığı üçün vacibdir. Hamiləlik dövründə folata gündəlik tələbat artır. Folat hamiləliyin gedişatını asanlaşdırır, anadangəlmə qüsurların yaranmamasının qarşısını alır.
Vitamin B12 -Hemoqlobinin biosintezi prosesində dəmirin mənimsənilməsini yüksəldir, bağırsaqdan dəmirin sorulmasını təmin edir. Bundan əlavə, sinir borucuğunun qüsurunun yaranmasının qarşısını almaqda köməkçi rol oynayır.
Vitamin C - Dəmirin sorulmasında əhəmiyyətli rol oynayır. Hüceyrələri qoruyaraq sərbəst radikallardan müdafiə edir. Bu da sümüklərin, dişlərin və qan damarlarının formalaşmasında mühüm rol oynayır.
İstifadəsinə dair göstərişlər:
Kəskin və xroniki qanitirmələr;
Hamiləliyə hazırlıq dövrü;
Hamiləlik və südvermə dövründə dəmirə olan ehtiyacın artması; Hamilələrdə folat defisiti;
Digər dəmir defisitli vəziyyətlərin korreksiyası;
Əks göstərişlər: Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
Buraxılış forması: Hemobest No30 (3x10) tablet.
İstifadə qaydası: 14 yaşdan yuxarı 1 tablet gündə 1-2 dəfə istifadə edilir.
Saxlanma şəraiti: Preparat quru, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə, 25 C dərəcə arası şəraitdə saxlanılmalıdır.
İstehsalçı: Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi
Producted adress: Osmancalı Mah.307 Sok. No:340 Merkez Yunusemre -Manisa/Türkiye