
Preparat Haqqında Məlumat
Əsas Xüsusiyyətlər
Tərkibi: 1 tablet
Qrifoniya ekstraktı - 150 mq
Pişikotu ekstratı - 100 mq
Dazı otu ekstraktı - 100 mq
Yemişan ekstraktı - 100 mq
Maqnezium oksid - 200 mq
Piridoksin - 5 mq
Köməkçi maddələr: Maltodekstrin, Trikalsium fosfat, Maqnezium duzları
Daha Ətraflı
Qrifoniya ekstraktı - Əhval-ruhiyyəni yaxşılaşdırır. Tərkibində seratoninin sələfi
var ki, əhval-ruhiyyə pozğunluqları və yuxusuzluq zamanı orqanizmdə onun
çatışmazlığı inkişaf edir. Xroniki yorğunluğu aradan qaldırır, gün ərzində enerjili
olmağa şərait yaradır.
Pişikotu ekstraktı - Sedativ, spazmolitik, baş ağrıları, migren, nevroz, isteriya,
yuxusuzluq, trankvilizǝediri, kardiotonik və qıcolma əleyhinə təsir göstərir. MMS
oyanma prosesini zəiflədir. MBT sekretor funksiyasını tənzimləyir. Ürək-damar
sistemi xəstəliklərində effektlidir.
Dazı otu ekstraktı - Sakitləşdirici, antidepresant, iltihabəleyhinə, büzücü qurd
əleyhinə təsirlərə malikdir. Dazı otu damarları möhkəmləndirir, şiş əleyhinə təsir
edir, orqanizmi cavanlaşdırır. Sovrulmanı, qaraciyər metobolizmini, qan dövranını
yaxşılaşdırır. MBT xəstəlikləri (Qastrit,xora,öd kisəsi) zamanı spazmı aradan
qaldırmağa kömək edir. Qıcıqlanmanı azaldır. Oyanma və tormozlanma arası pozulmanı
aradan qaldırır. Mikrofloranı normallaşdırır.
Yemişan ekstraktı - ürək əzələsinin fəaliyətini normallaşdırır, miokardin
oyanıqlığını azaldır. Damar spazmalarının qarşısını alır, ürək və beyində qan
dövranını gücləndirir,miokardin ürək qlikozidlərinə qarşı həssaslığını artırır.
Mərkəzi sinir sisteminin oyanıqlığını azaldır, beyin qan dövranını yaxşılaşdırır,
qanda xolesterinin səviyyəsini azaldır, maddələr mübadiləsini və yuxunu
yaxşılaşdırır, antiskleriotik təsir göstərərək infarktın qarşısını alır.
Maqnezium oksid - Ürək damar xəstəliklərinin profilaktikasında faydalıdır,
osteoporozun profilaktikasında faydalıdır, xolesterinin səviyyəsini azaldır,
hamilələrdə vaxtından əvvəl doğuşların qarşısını alır. Maqnezium stress əleyhinə,
sedativ, yuxu tənzimləyini təsirə malikdir.
Piridoksin - koferment kimi sinir toxumasının maddələr mübadaləsinin
tənzimlənməsində iştirak edir. Bu vitamin "xoşbəxtlik" hormonları sayılan serotonin
və dofaminin sintezində əsas maddədir.
İstifadəsinə dair göstərişlər:
Yüksək sinir oyanıqlığı. Stress, həyəcan, əsəb, depressiya halları, yuxu pozğunluğu,
yuxusuzluq;
Nevroz və nevrastenita, baş ağrısı və miqren, xroniki, fiziki və psixi yorğunluq,
asteniya;
Ürək xəstəlikləri, Ürək ağrıları zamanı;
Mədə-bağırsaq traktı spazmlarında, ağrı və əzələ spazmı; Hamilə qadınlarda
hipertonus;
Klimakterik sindrom, predmenstrual sindrom, doğuşdan sonrakı nevrozlar;
Əks göstərişlər: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
Buraxılış forması: Sedatemp NNo30 (3x10) tablet. Istifadə qaydası: Böyüklər 1 tablet
gündə 1-2 dəfə.
Saxlanma şəraiti: 25 C-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən
və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
İstehsalçı: Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi
Producted address: Osmancalı Mah.307 Sok. No:340 Merkez Yunusemre -Manisa/Türkiye