
Preparat Haqqında Məlumat
Əsas Xüsusiyyətlər
Hər 1 tabletin tərkibi:
Fosfatidilserin - 100 mq
Fosfatidixolin - 150 mq
Ginkgo Biloba - 60 mq
Qlisin - 100 mq
Vitamin B1 - 1.1 mq
Fol turşusu - 150 mkq
Vitamin B12 - 2.5 mkq
Daha Ətraflı
SERTIKOS FORTE - nootrop, angioprotektor, antiaqreqant təsirlərə malik, həmçinin
mikrosirkulyasi-yanı yaxşılaşdıran preparatdır.
Fosfatidilserin - neyronların regenerasiyasında, neyromediatorların (asetilxolin və s.)
sintezində və mediatorların qovuqcuqlardan xaric olunmasında, ionların hərəkətində və bioelektrik
enerjinin ötürülməsində iştirak edir. Asetilxolinin sintezini stimulə etməklə beyin toxumasında
xolinergik prosesləri aktivləşdirir. Sinir hüceyrələrinin bölünməsini və böyüməsini təmin edir.
Beyin toxumasında qlükozanın metabolizmini aktivləşdirir, sinir hüceyrələrinin işemik fəsadlara davamlılığını artırır.
Fosfatidilxolin – asetilxolinin sintezində iştirak edir, sinir toxumasında mübadiləni yaxşılaşdırır
və xolinergik neyronlarda sinir impulslarının ötürücülüyünü yaxşılaşdıraraq beyinin aktiv
işləməsini təmin edir.
Fosfatidilxolin sfiqnomielinin sintezində iştirak edir, mielin qişasının əmələ
gəlməsini təmin edir və hüceyrə membranı strukturunu bərpa edir. Beyin qan dövranını
yaxşılaşdırır. Nootrop, membranoprotektiv, antidepressiv və antiaterosklerotik təsir göstərir.
Yuxunu normallaşdırır, əhval - ruhiyyəni yüksəldir, qanda xolesterinin və yağ turşularının
miqdarını azaldır.
Ginkgo Biloba - beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır.
Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək (əsasən
beyin hüceyrələrində), hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını
optimallaşdırır. Beləliklə, beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv
funksiyaları gücləndirir. Ginkgo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan
damarlarının divarını möhkəmləndirərək, damar elastikliyini artırır. Damar divarının strukturunun
(endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və
adgeziyasının qarşısını alaraq, qanın reoloji xüsusiyyətlərini normallaşdırır.
Qlisin – beyin metabolizmini aktivləşdirən əvəz olunmayan amin turşudur. Mərkəzi sinir
sisteminin tormozlayıcı mediator kompleksinə aid olmaqla, sedativ və antidepresiv təsirlərə
malikdir. Qlisin QAYT-ergik, alfa1-adrenoblokadaedici təsirləri ilə, N-metil-D-aspartat
reseptorların fəaliyyətini tənzimləyərək psixo-emosional gərginliyi və aqresivliyi aradan
götürməklə sosial adaptasiyanı və əhval-ruhiyəni yaxşılaşdırır.
Vitamin B1 - sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz komponentdir, yaddaş prosesini yaxşılaşdırır,
beyni qlükoza ilə təmin edir. Yağlar, zülallar və karbohidratların enerjiyə çevrilmə prosesində aktiv iştirak edir,
immuniteti artırır. Sinapslardan impuls ötürülməsində aktiv iştirak edir.
Vitamin B12
(sianokobalamin) - hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində
iştirak edir. Vıtamin B12 -nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur. Vıtamin B12
maddələr mübadiləsində birbaşa iştirak edərək toxuma regenerasiyasını sürətləndirir.
Fol turşusu (vitamin B9) - qanın və immun sistemin formalaşmasında vacib elementlərdən biridir. Fol turşusu
çatışmazlığı meqaloblast anemiyanın yaranmasına səbəb olur.
GÖSTƏRİŞLƏRİ:
⬩ Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intellektual qabiliyyətin zəifləməsi, həyəcanlanma, qorxu.
⬩ Parkinson və Alsheymer xəstəliyi, demensiya, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiya.
⬩ Qulaq küyləri.
⬩ Ürəyin işemik xəstəlikləri. Aritmiya. Ateroskleroz.
⬩ Gənclərdə diqqət və yaddaşın artırılması məqsədi ilə.
⬩ Yaşlanma ilə əlaqədar görmə pozğunluğu. Diabetik retinopatiya.
⬩ Baş beyinin travması zamanı yaranan astenik, psixogen, nevrotik hallar.
⬩ Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu.
⬩ Aşağı ətrafların arterio və venopatiyaları. Reyno sindromu.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:
Orta səviyyəli pozğunluqlar zamanı 1 tabletdən gündə 1 dəfə. Ağır pozğunluqlar zamanı 1
tabletdən gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra. Müalicə müddəti 1-2 aydır.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.
ƏKS GÖSTƏRİŞLƏRİ:Hiperhəssaslıq, 8 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.
BURAXILIŞ FORMASI:SERTİKOS FORTE № 30 tablet.
YARARLILIQ MÜDDƏTİ: 3 il
İSTEHSALÇI: ENSA MNS GIDA Takviyeleri Üretim ve Araştırma Mərkəzi