
Preparat Haqqında Məlumat
Əsas Xüsusiyyətlər
Tərkibi: 1 tablet
Maqnezium sulfat: 500 mq
Vitamin B6: 2 mq
Farmakoterapevtik Qrupu: Mg ve B6 vitamini
ile kombinə edilmiş bitki tərkibli sedativ,
spazmolitik preparat.
Daha Ətraflı
GÖSTƏRİŞLƏRİ:
- Əsəb və gərginlik
- Yüksək sinir oyanıqlığı
- Qastro-intestinal spazm
- Beyin və əqli funksiyalar
- Maqnezium defisiti
- Asteniya, ağrı və əzələ spazmı
- Yuxu pozğunluğu, yuxusuzluq
- Simpatik aktivlik fonunda sıx ürək ritmi
- Həyəcan və özünə güvənməmə halları
- Hamilə qadınlarda hipertonus
- Hamiləlik zamanı ürəkbulanmanı aradan götürülməsi məqsədi ilə
- Xroniki yorğunluq sindromu
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
MAQNEZIUM
Bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir element olub, maddələr
mübadiləsinin bütün reaksiyalarında
iştirak edir. Orqanizmdə 300-dən çox fermentin aktivlik göstərməsinin əsasını təşkil edir. Fizioloji nöqteyi nəzərdən maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlığını aradan qaldıraraq, sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək, bütün fermentativ reaksiyalarda iştirak edir.
Maqnezium çatışmazlığı orqanizmdə depressiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, əl və ayaqda uyuşma, əzələ səyirmələri və spazm, halsızlıq, diqqətsizlik, unutqanlıq, osteoparoz, ürək ritm pozğunluğu, arterial təzyiqdə ani dəyişmələr, mensturasiya pozulmaları, erkən doğuş və ya düşük, cift çatışmazlığı, hestos, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.
VİTAMİN B6 (pridoksin hidroxlorid)
Koferment kimi bir çox metabolik proseslərdə 60-dan çox enzimlərin, neyromediatorarın sintezində, sinir sisteminin metabolik proseslərində iştirak edir. Maqneziumun mədə- bağırsaq sistemindən daha tez sovurulmasına, hüceyrələrə keçib orada saxlanmasına səbəb olur. Hamiləlik zamanı B6 vitamini toksikoz əlamətləri olan ürəkbulanma və qusmanı azaldır, mərkəzi sinir sisteminin oyanıqlığını aradan qaldırır, qaraciyər funksiyalarının pozulmasının qarşısını alır.
Əks göstərişlər:
Preparatın hər hansı komponentlərinə qarşı fərdi həssaslıq.
Hamiləlik və laktasiya dövründə:
Həkim məsləhəti ilə qəbul oluna bilər.
DOZALANMA
12 yaşdan yuxarı uşaqlar və böyüklərə 1 tabletdən gün ərzində 1-2 dəfə təyin olunur.
Xüsusi göstərişlər: Təbii tərkibli olduğu üçün uzun müddətli qəbulu mümkündür, aslılıq yaratmır.
Buraxılış forması: Tempomag N30 tablet.
Yararlılıq müddəti: 3 il
İstehsalçı ölkə: ENSA İLAÇ, TÜRKİYƏ