
Preparat Haqqında Məlumat
Əsas Xüsusiyyətlər
Hər 1 tabletin tərkibi:
Betta Qlükan - 150 mq
C vitamini - 100 mq
A vitamini - 1000 BV
B1 vitamini - 1.5 mq
B2 vitamini - 3 mq
B3 vitamini - 30 mq
B4 vitamini - 2 mq
B5 vitamini - 7.5 mq
B6 vitamini - 3 mq
B12 vitamini - 3 mkq
D3 vitamini - 200 TV
E vitamini - 200 TV
Biotin - 70 mkq
Fol turşusu - 200 mkq
Yod - 100 mkq
Sink - 12 mq
Kalsium - 50 mq
Maqnezium - 10 mq
Mis - 1 mq
Daha Ətraflı
Teraxsin Forte tabletin tərkibində Betta Qlükan, vitamin və minerallardan ibarət
bioloji fəallığa malik qida əlavəsidir. Orqanizmin vitamin-mineral ehtiyatının və
infeksion-ilthabi proseslərə qarşı dözümlülüyünün artırılmasında istifadə olunur.
Betta qlükan - immun hüceyrələrinin (xüsusən T limfositlərin) formalaşmasında,
makrofaqların aktivliyinin artırılmasında, sekretor immunoglobulinlərin sintezində
köməkçi vasitə olaraq istifadə olur.
C vitamini - askorbin turşusu olub immunitetin formalaşmasında, infeksiyalara qarşı
mübarizədə iştirak edir.
A vitamini - göz xəstəlikləri zamanı, akkomodasiya və immunitet pozuntusunda geniş
istifadə olunur. Dərinin, dırnaqların və saçların sağlam qalmasını üçün lazımlıdır.
B1 vitamini - maddələr mübadiləsinin bir sıra proseslərində, orqanizmdə sinir
sisteminin normal fəaliyyətində iştirak edir.
B2 vitamini - flavinlər qrupundan olan bu maddə ürək-damar sistemində, tənəffüs və
endokrin sisteminin fəaliyyətində, görmədə. sinir sisteminin işində müsbət rol
oynayır. B2 avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər
tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir.
B3 vitamini - zülalların biosintezində, amin tutşuların və karbonihidratların qana
sorulmasında iştirak edir. Peristaltikanın normallaşmasına kömək edir.
B4 vitamini - karbohidrat ve yağların parçalanmasında, enerji mubadiləsində iştirak
edir.
B5 vitamini - pantoten turşusudur, bağırsaqlarda daima müəyyən miqdarda olur amma
çatşmazlığı əzələlərdə titrəmələrinə səbəb olur.
B6 vitamini - porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində,
hemoqlobin yaranmasında, sağlam sinir keçiriciliyində mühüm rol oynayır.
B9 vitamini - qanyaranmada və mielinizasiya prosesində yaxından iştirak edir.
Çatışmazlığı anemiyaya və sinir ötürücülüyünün pozulmasına səbəb olur.
B12 vitamini - orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların
istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.
Biotinin əsas bioloji rolu onun qlükoza metabolizmasında iştirak edən fermentlərin
bir hissəsi olması ilə əlaqələndirilir: piruvat dehidrogenaz və transketolaz. Biotin
yağ turşularının əmələ gəlməsini, amin turşuları və karbohidratların mübadiləsini,
tər vəzilərinin, sinir toxumasının, sümük iliyinin, kişi toxum vezilərinin, dəri və
saç hüceyrələrinin normal fəaliyyətini dəstəkləyir.
D vitaminin - sümüklərin, əzələlərin və sinirlərin sağlam inkişafı üçün əsas vitamin
sayılır. Boy artımını, sümüklərin möhkəmlənməsini, dişlərin sağlamlığını
dəstəkləyir.
E vitamini - yağda həll olunan vitamindir, A, C vitamin ilə birgə antioksidant
olaraq hüceyrələri zərərli faktorlardan müdafiə edilməsinə kömək edir. Dəri və
cinsiyǝt sisteminin sağlığında böyük rol oynayır.
Yodun bioloji əhəmiyyəti tiroid hormonlarının ayrılmaz bir hissəsi olmasıdır. Yod
çatışmazlığı zamanı tez-tez süstlük, halsızlıq, yorğunluq, baş ağrısı, pis
əhval-ruhiyyə, iştahanın azalması kimi şikayətlər olur. Öyrənmə qabiliyyəti,
akademik performans azalır və idrak oyunlarına maraq itir.
Sink - bağırsaq hüceyrələrinin formalaşmasında, boy artımında və immun sistemi üçün
vacib olan mikroelementdir.
Kalsium və Maqnezium - dayaq-hərəkət sistemi, sinir sisteminin sağlamlığı üçün
önəmlidilər. Kalsium sümüklərin, dişlərin tərkib hissəsidir. Maqnezium sinir
sisteminin işinə kömək edir.
Mis - ürəkdə, beyində, böyrəklərdə, əzələ və sümük toxumalarında toplanır, sümük
beyninin qan əmələgətirmə funksiyasına, xolisterinin miqdarına nəzarət edir. Misin
kiçik dozaları karbohidratlar, mineral maddələrin mübadiləsinə kömək edir. Əlavə
olaraq o, sümükləri möhkəmləndirilməsində, qanın qırmızı və ağ hüceyrələrinin əmələ
gəlməsində iştirak edir.
Beləliklə Teraxsin Forte vitamin mineral defisitində, immunitet azlığında, çəki və
boy artımınında yaxından iştirak edir.
İstifadəsinə göstərişlər: asteniya, zəif qidalanma, immun sisteminin zəifləməsi,
kütləvi virus və bakterial infeksiyaların yayılması, intensiv çəki və boy artımı
zamanı, qidanın mineral-vitaminlər ilə zənginləşdirilməsi məqsədi ilə köməkçi vasitə
kimi istifadə oluna bilər.
Əks göstərişlər: Tərkibindəki komponentlərdən hər hansi birinə həssaslıq və ya doza
həddinin aşılması.
İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı yeniyetmələrə və böyüklərdə 1 tablet
gündə 1-2 dəfə tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin!!!
Buraxılış forması: 30 tablet.
Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Xəstəliklərin
müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə,
xəstəlik və dərman istifadəsi zamanı həkim ilə məsləhətləşin. Digər hallarda həkim
məsləhəti ilə təyin olunur. BFMQƏ normal qidalanmanı əvəz etmir.
Saxlanma şəraiti: otaq temperaturda, birbaşa istilik, günəş şüaları düşməyən və
uşaqların əli çatmayan yerdə saxlanılmalıdır. Uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti: Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti
bitdikdən sonra istifadə olunmamalıdır.
İstehsalçı: ENSA - Türkiyə