Urotemp, Urotemp Tablet, Urotemp Temp Pharma

Preparat Haqqında Məlumat

Əsas Xüsusiyyətlər

Tərkibi: 1 tablet
Magnezium sitrat - 90 mq
Mərcani meyvəsi - 80 mq
Qarğıdalı saçağı - 80 mq
Çobanyastığı ekstraktı - 80 mq
Ortosiphon stamina - 100 mq
Bitki tərkibli uroseptik, litolitik təsirə malik, tam təbii və təhlükəsiz vasitə
Köməkçi maddələr: Trikalsium fosfat, Yağ turşularının maqnezium duzları, Maltodekstrin.

Daha Ətraflı

Maqnezium sitrat - sidikdə duzların həll olunmuş halda qalmasını təmin edərək böyrəklərdə kristalların və böyrək daşlarının əmələ gəlməsinin qarşısını almış olur. Mg sidikdə 40% oksalat turşusu ilə biləşərək oksalat daşlarının əmələ gəlməsinin qarşısını alır. Mərcani meyvəsi - C, A, K, B1, B2, B5, B6 vitaminləri ilə, həmçinin beta-karotin, lütein, kalium, natrium, kalsium, fosfor, yod, maqnezium kimi minerallarla zəngindir. Antioksidant müdafiəni gücləndirir, sidikdə turşuluğu artırmaqla bakterisid təsiri artırır. Bakteriyaların sidik çıxarıcı yollara, xüsusilə də sidik kisəsinin selikli qişasına adgeziyasının qarşısını alır, göbələklərlə qarşı fungostatik effektǝ malikdir.

Qarğıdalı saçağının - tərkibində acı qlikozid maddələr, saponin, efir yağları vardır. Bunların sayəsində Qarğıdalı saçağı sidikqovucu, ödqovucu, iltihab əleyhinə və qan saxlayıcı xüsusiyyətlərə malikdir. Həmçinin, Qarğıdalı saçağı öd ifrazını sürətləndirərək, onun yapışqanlığını və sıxlığını azaldır, bilirubinin miqdarını azaldır, qanda protrombinin miqdarını artırır.

Çobanyastığı ekstraktı - Tərkibində olan alfa - bisolol, xamazulen, apigenin, matrisinin iltihab əleyhinə və peptik xoralarda müalicəvi effektə malikdir. Güclü antiseptik ağrıkəsici, iltihab əleyhinə, spazmolitik və sidikqovucu təsirləri elmə çoxdan məlumdur. Çobanyastığı ənənəvi olaraq qastrid və duodenal xoraların müalicəsində də geniş istifadə olunur.

Ortosifon stamina – kaliumla zəngin bitkidir. Yarpaqlarının tərkibində olan ortosifonin, alkaloidlər, efir yağları, saponinlər orqanizmdə alfa - amirin, beta -sitosterin və taninin miqdarını sürətlə artıraraq iltihab əleyhinə, sidikqovucu, ödqovucu, böyrək və öd daşlarına dağıdıcı təsir göstərir. Ortosifon ödem, albuminuriya, azotemiya və böyrək daşları ilə müşayiət olunan sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi proseslərində yüksək kliniki effektivlik göstərərək, adı çəkilən halların sürətli aradan götürülməsini təmin edir. Güclu sidikqovucu təsiri hesabına orqanizmdən sidik turşusu və xloridləri xaric edir. Ortosifonun II və III tip ürək-damar çatışmazlığı zamanı kompleks müalicənin tərkibində təyini tövsiyyə edilir.

Göstərişlər: Sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi xəstəlikləri: uretrit, sistit, pielonefrit, vulvit, vaginit, Nefrotik sindrom, Arterial hipertoniya. II-III dərəcə ürək-damar çatışmazlığı (ürək qlikozidləri ilə birgə), Böyrək daşı xəstəliyi, kristaluriya, Podaqra xəstəliyi, Xolesistit, qaraciyər sirrozu, qurd invaziyaları, assit.

Əks göstəriş: Preparatın tərkibində olan hər hansısa komponentǝ qarşı individual həssaslıq

Əlavə təsirlər: Nadir hallarda allergik reaksiya, halsızlıq.Hamiləlik (II və III trimestr) və laktasiya zamanı istifadəsi mümkündür.

Qəbul qaydası: 1 tablet gündə 1-2 dəfə yeməkdən sonra bol maye ilə qəbul edilir. İstifadə müddəti 2-8 həftədir.

Buraxılış forması: №30 tablet

Yararlılıq müddəti: 3 il

İstehsalçı: ENSA MNS GIDA Takviyeleri Üretim və Araştırma Mərkəzi